İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub

Daxili siyasət
  • 30 sentyabr, 2026
  • 12:58
İlham Əliyev ADEX 2026 və Securex Caspian sərgiləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.