Azərbaycan BOKT-unun səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 14 iyun, 2023
  • 05:41
Azərbaycan BOKT-unun səhmləri üzrə hərracın tarixi açıqlanıb

İyunun 19-da "Bakı Fond Birjası" QSC-də (BFB) “İnternational" MMC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd, yəni 3 milyon manatlıq adi, sənədsiz, adlı səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

44 filmi