"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 23 dekabr, 2024
  • 11:37
Azərbaycan Beynəlxalq Bankının istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.