Azərbaycan banklarının xalis xarici aktivləri 22 % artıb

Maliyyə
  • 30 iyul, 2022
  • 13:38
Azərbaycan banklarının xalis xarici aktivləri 22 %  artıb

Bu il iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 21 milyard 844 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,1 %, ilin əvvəlinə nisbətən 3,3 %, ötən ilin iyulun 1-i ilə müqayisədə isə 21,9 % çoxdur.

Bu il iyunun sonuna bankların xalis daxili aktivləri 16 milyard 446,4 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 2,7 %, ilin əvvəlinə nisbətən 13,6 %, illik müqayisədə isə 32,8 % çoxdur.

Azərbaycanda 26 bank fəaliyyət göstərir.

44 filmi