Azərbaycan banklarının xalis xarici aktivləri 11 %-dən çox artıb

Maliyyə
  • 25 iyun, 2022
  • 13:00
Azərbaycan banklarının xalis xarici aktivləri 11 %-dən çox artıb

Bu il iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 20 milyard 984,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,4 % az, ilin əvvəlinə nisbətən 4%, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 11,2 % çoxdur.

Bu il mayın sonuna bankların xalis daxili aktivləri 16 milyard 016,6 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 11,6 % çox, ilin əvvəlinə nisbətən 10,6 %, illik müqayisədə isə 38,3 % çoxdur.

Azərbaycanda 26 bank fəaliyyət göstərir.

44 filmi