Azərbaycan banklarına qoyulan əmanətlər 10 %-dən çox artıb
- 25 may, 2024
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 547,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 % çox, ilin əvvəlinə nisbətən 1,6 % çox, illik müqayisədə isə 6,7 % çoxdur.
Bunun 57,3 %-i, yaxud 21 milyard 498,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 7,1 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,5 % artaraq 13 milyard 497 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 12,3 % azalaraq 2 milyard 552 milyon manata düşüb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 468,4 milyon manatı (il ərzində 0,9 % azalıb) qısamüddətli, 14 milyard 079 milyon manatı (22,3 % artıb) isə uzunmüddətli əmanətlər olub.
Ölkədə 23 bank fəaliyyət göstərir.