Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 % artıb

Maliyyə
  • 30 aprel, 2025
  • 16:29
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 % artıb

Bu il aprelin 1-nə Azərbaycan banklarının depozit portfeli 40 milyard 474,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 %, ilin əvvəli ilə müqayisədə 0,5 %, ötən ilin eyni dövrünə nisbətən 9 % çoxdur.

Bunun 53,4 %-i, yaxud 21 milyard 618,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 14,6 % artaraq 15 milyard 74 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 45,4 % artaraq 3 milyard 782 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 431,5 milyon manatı (il ərzində 0,9 % artıb) qısamüddətli, 17 milyard 043,2 milyon manatı (22,5 % artıb) isə uzunmüddətli olub.