Azərbaycan banklarına qoyulan depozitlərin həcmi 40 milyard manatı ötüb
- 31 yanvar, 2025
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən 22 bankın bu ilin yanvarın 1-nə olan depozit portfeli 40 milyard 270,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 7 %, 2024-cü ilin əvvəlinə nisbətən 8,9 % çoxdur.
Bunun 56 %-i, yaxud 22 milyard 532,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,1 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,2 % artaraq 14 milyard 661,9 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 30 % artaraq 3 milyard 076,5 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 24 milyard 073,4 milyon manatı (il ərzində 1,9 % artıb) qısamüddətli, 16 milyard 197,4 milyon manatı (21,4 % artıb) isə uzunmüddətli olub.