Azərbaycan banklarına qoyulan depozitlər azalıb

Maliyyə
  • 27 avqust, 2022
  • 12:43
Azərbaycan banklarına qoyulan depozitlər azalıb

Azərbaycan banklarına qoyulan depozitlər bu il avqustun 1-nə 31 milyard 957,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,4 % az, yanvarın 1-i ilə müqayisədə 10,1 %, 2021-ci ilin avqustun 1-nə nisbətən isə 28,2 % çoxdur.

Bunun 59,3 %-i, yaxud 18 milyard 949,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 30,4 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 25,7 % artaraq 10 milyard 817,1 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22,2 % artaraq 2 milyard 191,1 milyon manata çatıb.

Ölkədə 26 bank fəaliyyət göstərir.