Azərbaycan banklarına qoyulan depozitlər 9 % artıb

Maliyyə
  • 28 sentyabr, 2024
  • 10:35
Azərbaycan banklarına qoyulan depozitlər 9 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 397,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 %, ilin əvvəlinə nisbətən 1,2 % çox, illik müqayisədə isə 9 % çoxdur.

Bunun 56,1 %-i, yaxud 20 milyard 979,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 12,8 % artaraq 14 milyard 185,5 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 4,6 % azalaraq 2 milyard 232,9 milyon manata düşüb.

Hesabat dövründə cəmi depozitlərin 21 milyard 969 milyon manatı (il ərzində 0,3 % artıb) qısamüddətli, 15 milyard 428,5 milyon manatı (24,1 % artıb) isə uzunmüddətli olub.

Ölkədə 22 bank fəaliyyət göstərir.

44 - Tezliklə