Azərbaycan banklarına qoyulan depozitlər 6 % artıb

Maliyyə
  • 30 mart, 2024
  • 13:28
Azərbaycan banklarına qoyulan depozitlər 6 % artıb

Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 154,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,2 % az, ilin əvvəlinə nisbətən 0,5 % çox, illik müqayisədə isə 5,6 % çoxdur.

Bunun 58,1 %-i, yaxud 21 milyard 575,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,5 % artaraq 13 milyard 267,2 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 9,6 % azalaraq 2 milyard 311,2 milyon manata düşüb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 247,5 milyon manatı (il ərzində 2,3 % azalıb) qısamüddətli, 13 milyard 906,7 milyon manatı (22,3 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 23 bank fəaliyyət göstərir.