Azərbaycan banklarına qoyulan depozitlər 33 %-dən çox artıb

Maliyyə
  • 10 dekabr, 2022
  • 13:42
Azərbaycan banklarına qoyulan depozitlər 33 %-dən çox artıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu il noyabrın 1-nə 34 milyard 806,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 %, yanvarın 1-i ilə müqayisədə 19,9 %, 2021-ci ilin noyabrın 1-nə nisbətən isə 33,3 % çoxdur.

Bunun 60 %-i, yaxud 20 milyard 866,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 37,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 29,4 % artaraq 11,5 milyard manata, maliyyə təşkilatlarının depozitləri isə 21,8 % artaraq 2 milyard 439,4 milyon manata çatıb.

Oktyabrın sonuna cəmi depozitlərin 24,325 milyard manatı (il ərzində 43,9 % artıb) qısamüddətli, 10,481 milyard manatı (13,8 % artıb) isə uzunmüddətli əmnətlər təşkil edib.

Ölkədə 25 bank fəaliyyət göstərir.

44 - Tezliklə