Azərbaycan banklarına qoyulan depozitlər 28 % artıb

Maliyyə
  • 23 aprel, 2022
  • 09:50
Azərbaycan banklarına qoyulan depozitlər 28 % artıb

Azərbaycan banklarına qoyulan depozitlər bu il aprelin 1-nə 30 milyard 508,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,6 %, yanvarın 1-i ilə müqayisədə 5,1 %, 2021-ci ilin aprelin 1-nə nisbətən isə 28 % çoxdur.

Bunun 58,7 %-i, yaxud 17 milyard 904,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 28,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 27,3 % artaraq 10 milyard 372 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 30,8 % artaraq 2 milyard 231,9 milyon manata çatıb.

Ölkədə 26 bank fəaliyyət göstərir.