Azərbaycan banklarına qoyulan depozitlər 13 %-dən çox artıb
- 29 aprel, 2023
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu il aprelin 1-nə 34 milyard 554,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,8 % az, ilin əvvəlinə nisbətən 4,7 % az, 2022-ci ilin aprelin 1-i ilə müqayisədə isə 13,3 % çoxdur.
Bunun 57,7 %-i, yaxud 19 milyard 950,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 11,4 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,4 % artaraq 11 milyard 964,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 18,3 % artaraq 2 milyard 640,3 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 122,2 milyon manatı (il ərzində 9,6 % artıb) qısamüddətli, 11 milyard 432,6 milyon manatı (21,6 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.
Ölkədə 25 bank fəaliyyət göstərir.