Azərbaycan bankları filiallarının sayını artırır, şöbələrinin sayını azaldır

Maliyyə
  • 08 may, 2019
  • 07:47
Azərbaycan bankları filiallarının sayını artırır, şöbələrinin sayını azaldır

Bu il aprelin 1-nə Azərbaycanın bank sektoru 512 filiala və 129 şöbəyə malik olub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 1 vahid çox və 14 vahid vahid azdır.

Bu ilin yanvar ayında bankların filial və şöbələrinin sayında dəyişiklik olmasa da, fevral ayında ölkədə 1, mart ayında isə 3 bank filialı açılıb. Martda həmçinin 1 bank şöbəsi bağlanıb.