Azərbaycan Zimbabvedən avokado tədarük etməyə başlayıb
- 29 oktyabr, 2026
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 617 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 1,1 % azdır.
Hesabat dövründə Azərbaycan Perudan 1,36 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 43 % çox) 412 ton (+46 %), İsraildən 174 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 82 ton (+3 dəfə), Cənubi Afrikadan 120 min ABŞ dolları dəyərində (-50 %) 40 ton (-49 %), Keniyadan 78,6 min ABŞ dolları dəyərində (-52 %) 25 ton (-44 %), Livandan 67,6 min ABŞ dolları dəyərində (+0,1 %) 21 ton (+14,1 %) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Zimbabvedən tədarük (4,32 min ABŞ dolları dəyərində 0,9 ton) həyata keçirilib.