Azərbaycan bankı 16 milyon manatlıq sindikat kredit əqdi bağlayıb

Maliyyə
  • 06 yanvar, 2025
  • 11:48
Azərbaycan bankı 16 milyon manatlıq sindikat kredit əqdi bağlayıb

"PAŞA Bank" ASC yerli tənzimləyici tələblərə və beynəlxalq standartlara (LMA standartları) uyğun 16,3 milyon manat məbləğində sindikat kredit əqdi bağlayıb.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, kredit digər maliyyə institutların iştirakı ilə real sektorda fəaliyyət göstərən "Azərmaş" ASC və "İrşad Electronics" MMC-yə ayrılıb.

"Maliyyə resurslarının əlçatanlığı istənilən biznesin inkişafında əsas amillərdən biridir. Bu günə qədər "PAŞA Bank" alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cü ildə Bank “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalarla tanışlıq" adlı tədbirlərə ev sahibliyi edib. Məqsədimiz, yerli maliyyə sektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır. Bu təşəbbüslərin məntiqi davamı olaraq, yeni beynəlxalq standartlar və müəyyən edilmiş qanunvericilik normalarına uyğun olaraq, bu uğurlu addım atılıb. Əvvəllər kredit məhsullarımızın əsasını ənənəvi maliyyələşmə təşkil edirdisə, indi biz imkanlarımızı şaxələndirərək, korporativ müştərilər və KOS üçün sindikatlaşdırılmış kreditlər cəlb etmək imkanını təqdim edirik", - deyə "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

44 - Tezliklə