Azərbaycan aviaşirkəti I yarımildə 11 milyon manat xalis mənfəət əldə edib
- 04 oktyabr, 2023
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“Silk Vey Vest Aviaşirkəti” MMC bu ilin I yarısını 10,085 milyon manat xalis mənfəətlə başa vurub.
”Report” aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,7 dəfə azdır.
Yanvar-iyun aylarında “Silk Vey Vest Aviaşirkəti”nin vergiyəqədərki mənfəəti 25,261 milyon manat (əvvəlki ilə nisbətən 30,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 15,176 milyon manat (10,9 dəfə az) təşkil edib.
Bu il iyulun 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 2 milyard 612,837 milyon manat olub. Bu da illik müqayiəsədə 7,1 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,8 % azalaraq 1 milyard 168,245 milyon manata düşüb, balans kapitalı 31,2 % artaraq 1 milyard 444,592 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,2 % artaraq 179,387 milyon manata çatıb.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Onun təsisçisi 98 % payla “Silk Vey Aviaşirkəti” və 2 % payla "Silk Vey Development" MMC-lərdir. Hər 3 şirkət "Silk Vey Holdinq" MMC-yə daxildir.