"Azər-Türk Bank": Səhmlərin 51 %-nin SOCAR-a ötürülməsinə dair prosedurlar davam edir
Maliyyə
- 26 may, 2025
- 18:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsinə dair prosedurlar hələ tamamlanmayıb (davam edir).
"Report" bu barədə Banka istinadən xəbər verir.
Kredit təşkilatının SOCAR-ın nəzarətinə keçməsi ilə bağlı qərar səhmdarların ötən ilin iyul ayında keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Son xəbərlər
09:43
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
Digər
09:43
Azərbaycan Basketbol Liqasında IV tur başlayır
Komanda
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol
09:29
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır
Maliyyə
09:23
Azərbaycan dövlət zəmanətlərinin yuxarı həddini 2 dəfə artırır
Maliyyə
09:21
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
09:21
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Futbol