“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 03 iyun, 2024
  • 07:21
“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyulun 26-da, saat 11:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

44 - Tezliklə