Azərbaycanda bank əmanətlərinin həcmi 7 mlrd. manata çatıb
Maliyyə
- 02 oktyabr, 2014
- 23:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2014-cü il sentyabrın 1-nə 6,993 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 903 mln. manat və ya 14,8% çoxdur.
Eyni zamanda, bu ilin əvvəlindən bank əmanətlərinin həcmi 597 mln. manat və ya 9,3%, avqust ayında isə 53 mln. manat və ya 0,7% artıb.
Qeyd edək ki, ötən il ərzində əmanətlərin artımı 25,1% təşkil edib. Ötən ilin yanvar-avqust aylarında artım 19,1% olub. Beləliklə, əmanətlərin artım tempinin müəyyən dərəcədə azalması müşahidə olunur.
Son xəbərlər
10:42
Nazir: "Fövlət maliyyəsi sahəsində şəffaflığa önəm veririk"
Maliyyə
10:41
U-15 Avropa çempionatı: Azərbaycanın 10 boksçusu yarımfinala vəsiqə qazanıb
Fərdi
10:40
Buzovnada körpə kanalda boğularaq ölüb
Hadisə
10:40
Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib
Region
10:37
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
İnfrastruktur
10:34
Nazir: "Süni intellekt fəaliyyətin keyfiyyət və operativliyini artıracaq"
İKT
10:34
İnqilab Əhmədov: "Rəqəmsallaşma həyata keçirilən islahatların ən vacib istiqamətidir"
Maliyyə
10:32
Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək
Maliyyə
10:31
Yaponiya XİN: Azərbaycan bizim dəyərli tərəfdaşımızdır
Xarici siyasət