“Avrasiya-Kredit” BOKT-un xalis mənfəəti 61 % artıb

Maliyyə
  • 02 iyun, 2023
  • 12:06
“Avrasiya-Kredit” BOKT-un xalis mənfəəti 61 % artıb

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 387 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 60,6 % çoxdur.

Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 483 min manat (əvvəlki ilə nisbətən 59,9% çox), mənfəət vergisi ödəmələri isə 97 min manat (61,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 3,785 milyon manat olub ki, bu da illik müqayisədə 17,3 % çoxdur. Bunun 3,322 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 14,4 % böyüyüb.

Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri 24,7 % artaraq 809 min manata, balans kapitalı isə 15,5 % artaraq 2,976 milyon manata çatıb.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).

44 filmi