“Avrasiya-Kredit” BOKT-un xalis mənfəəti 41% artıb

Maliyyə
  • 20 may, 2022
  • 06:01
“Avrasiya-Kredit” BOKT-un xalis mənfəəti 41% artıb

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 241 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2020-ci illə müqayisədə 40,9% çoxdur.

Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 302 min manat (əvvəlki ilə nisbətən 41,8% çox), mənfəət vergisi ödəmələri isə 60 min manat (39,5% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 3,226 milyon manat olub ki, bu da illik müqayisədə 6,5 % çoxdur. Bunun 2,904 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 43,3 % böyüyüb.

Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri 0,3% artaraq 649 min manata, balans kapitalı isə 8,2 % artaraq 2,577 milyon manata çatıb.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).