“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 24 sentyabr, 2020
- 14:03
Oktyabrın 22-si saat 11:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Atasığorta"nın Təftiş Komissiyasının tərkibinə baxılması və digər məsələlər daxildir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Son xəbərlər
21:23
Hakan Fidan Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə telefonla danışıb
Region21:21
Foto
Zelenski Oleq İvaşenkonu Baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edib
Digər ölkələr21:04
Meksika Prezidenti zəlzələyə görə mətbuat konfransını dayandırıb
Digər ölkələr20:55
ABŞ-nin Şimali Karolina ştatında Yeni il ərəfəsində terror aktının qarşısı alınıb
Digər ölkələr20:51
Rusiyanın Xarkova raket zərbəsi nəticəsində 30 nəfər yaralanıb – YENİLƏNİB
Digər ölkələr20:39
Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Hadisə20:34
Video
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var
Hadisə20:23
İranın müdafiə naziri: Xarici təhdidlərə qətiyyətlə cavab verəcəyik
Region20:07