Rusiyanın Xarkova raket zərbəsi nəticəsində 30 nəfər yaralanıb – YENİLƏNİB
- 02 yanvar, 2026
- 20:51
Rusiyanın Ukraynanın Xarkov şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində xəsarət alanların sayı 30-a çatıb, bir qadının vəziyyəti ağırdır.
"Report"un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov və Ukrayna Prezidenti Volodimir Zelenski məlumat veriblər.
Dəqiqləşdirilmiş məlumata görə, Kiyev rayonundakı beşmərtəbəli yaşayış binası zərbə nəticəsində tamamilə dağılıb. İlkin məlumatlara görə, Rusiya ordusu Xarkova iki raket zərbəsi endirib.
"Bu, sadəcə yaşayış məntəqəsi idi. Binalardan birinə ciddi ziyan dəyib. Hazırda bütün fövqəladə xidmətlərin cəlb olunduğu xilasetmə əməliyyatı davam edir. Yaralıların dəqiq sayı hələ müəyyənləşdirilir", - Zelenski teleqramda yazıb.
Ukrayna Baş Prokurorluğu zərbənin "İsgəndər" raketləri ilə həyata keçirildiyini bildirib. Yaşayış binalarından əlavə, mağazalar, kafelər və supermarketlər də zərər görüb. Xarkov Şəhər Şurasının məlumatına görə, Kiyev rayonunda 22 binaya ziyan dəyib, 841 pəncərə sınıb.
Xilasetmə əməliyyatı davam edir.
Rusiyanın Ukraynanın Xarkov şəhərinin mərkəzinə raket hücumu nəticəsində biri uşaq olmaqla 19 nəfər yaralanıb.
"Report" xəbər verir ki, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
"Rusiyanın Xarkovun mərkəzinə sonra 19 nəfər tibbi yardım üçün müraciət edib. Yaralılar arasında 6 aylıq körpə də var. Xoşbəxtlikdən, körpənin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur", - o yazıb.
Onun sözlərinə görə, xəsarət alanlar yaşı 20-79 vətəndaşlardır. Bir nəfər güclü stress keçirib. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Xilasetmə əməliyyatı davam edir.
Ukraynanın Baş naziri Yuliya Sviridenko sosial şəbəkə hesabında Rusiyanın zərbəsinin videosunu paylaşıb.