"Asel Kredit" BOKT-un xalis mənfəəti 36% azalıb
- 20 may, 2022
- 05:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 45 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 35,7% azdır.
Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 57 min manat (əvvəlki ilə nisbətən 34,5% az), mənfəət vergisi ödəmələri isə 11 min manat (35,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 7,062 milyon manat olub ki, bu da illik müqayisədə 11,9 % azdır. Bunun 6,406 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 3,3 % kiçilib.
Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 21,5% azalaraq 3,627 milyon manata, balans kapitalı isə 1,3 % artaraq 3,435 milyon manata çatıb.
Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.