"Asel Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 02 iyun, 2025
  • 15:46
Asel Kredit BOKT maliyyə vəziyyətini açıqlayıb

"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 258 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 32,3 % çoxdur.

Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 306 min manat (əvvəlki ilə nisbətən 25,4 % çox), mənfəət vergisi ödəmələri isə 49 min manat (demək olar ki, eyni) təşkil edib.

Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 11,009 milyon manat olub ki, bu da illik müqayisədə 46,6 % çoxdur. Bunun 7,255 milyon manatı müştərilərə verilmiş kreditlər və digər aktivlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 8,4 % böyüyüb.

Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 85,8 % artaraq 7,017 milyon manata, balans kapitalı isə 6,9 % artaraq 3,992 milyon manata çatıb.

Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

44 - Tezliklə