"Asel Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 31 may, 2024
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 195 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 16,8 % çoxdur.
Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 244 min manat (əvvəlki ilə nisbətən 16,7 % çox), mənfəət vergisi ödəmələri isə 49 min manat (16,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 7,511 milyon manat olub ki, bu da illik müqayisədə 6,5 % azdır. Bunun 6,691 milyon manatı müştərilərə verilmiş kreditlər və digər aktivlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 2 % böyüyüb.
Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 13,9 % azalaraq 3,777 milyon manata düşüb, balans kapitalı isə 2,6 % artaraq 3,735 milyon manata çatıb.
Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.