"ASAN Xidmət" mərkəzlərində Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən çıxarış almaq mümkün olub

Maliyyə
  • 08 may, 2018
  • 12:33
ASAN Xidmət mərkəzlərində Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən çıxarış almaq mümkün olub
Report

Bakı. 8 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının bu il martın 15-də istifadəyə verdiyi Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin xidmətlərinin əhali üçün daha əlçatan olması məqsədilə Palata və “İnnovasiyalar Mərkəzi” MMC arasında müqavilə imzalanıb.

Bu barədə "Report"a Palatadan bildirilib. 

Məlumatda həmçinin deyilir ki, müqaviləyə əsasən, Bakıda fəaliyyət göstərən 1 və 4 saylı “ASAN Xidmət” mərkəzlərində Reyestrdən çıxarışların təqdim olunması üzrə ödənişli xidmətin göstərilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Bu günə qədər https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrdə qeydiyyatdan keçənlərin sayı 600 nəfərə yaxın, bildirişlərin sayı isə 15 mindən çoxdur. 

44 filmi