ASA: Türk dövlətlərinin ortaq Insurtech platformasının yaradılması regionun rəqabət gücünü artıracaq
- 28 oktyabr, 2025
- 12:22
Türk dövlətləri arasında ortaq Insurtech platformasının yaradılması regionun beynəlxalq rəqabət gücünü artıracaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Elmar Mirsalayev Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" çərçivəsində deyib.
Onun sözlərinə görə, sığorta sektorunda rəqəmsallaşma təsadüfi deyil, strateji planla aparılmalıdır: "Rəqəmsallaşma təsadüfi və pərakəndə şəkildə deyil, planlı və mərhələli şəkildə həyata keçirilməlidir. Bu proses infrastrukturun modernləşdirilməsi, süni intellektin tətbiqi, müştəri təcrübəsinin rəqəmsallaşdırılması, hüquqi çərçivənin uyğunlaşdırılması və regional əməkdaşlıq üzərində qurulmalıdır".
E. Mirsalayev bildirib ki, bulud əsaslı məlumat sistemləri, API və mikroxidmət arxitekturası, eləcə də məlumat təhlükəsizliyi sığorta sektorunun dayanıqlığı üçün əsas şərtlərdir.