ARDNF: İnfrastruktur, enerji və təhsil layihələrinə 12 milyard dollar yatırılıb

Maliyyə
  • 22 oktyabr, 2025
  • 13:42
ARDNF: İnfrastruktur, enerji və təhsil layihələrinə 12 milyard dollar yatırılıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsinə təxminən 12 milyard ABŞ dolları maliyyə vəsaiti yatırıb.

"Report" xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, Fond bir çox strateji əhəmiyyətli sosial infrastruktur, enerji və təhsil layihələrin maliyyələşdirilməsini həyata keçirib: "Bu layihələrin ümumi həcmi təxminən 12 milyard dollar olub. Bu fəaliyyət istiqamətləri nəticəsində ARDNF qeyri-neft sektorunun inkişafında və maliyyə suverenliyinin möhkəmləndirməsində əhəmiyyətli rol oynayıb".

O qeyd edib ki, bütün bunlarla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə aparan peşəkar investor kimi formalaşıb: "ARDNF-nin investisiya portfeli 60-dan çox ölkəni və minllərlə investisiyalarda payı olan vəsaitləri əhatə edir. Hazırda fondun vəsaitləri, demək olar, bütün mümkün müxtəlif aktiv siniflərinə - istiqrazlara, səhmlərə, daşınmaz əmlaka, qızıla və alternativ investisiyalara balanslı şəkildə yönəldilib".

Son xəbərlər

Bütün Xəbər Lenti