ARDNF gələn il investisiya portfelində dolların payını 65 % saxlayacaq

Maliyyə
  • 28 noyabr, 2022
  • 12:40
ARDNF gələn il investisiya portfelində dolların payını 65 % saxlayacaq

2023-cü ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarının payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin proqnozu ilə müqayisədə eynidir.

Xatırladaq ki, 2022-ci il oktyabrın 1-nə ARDNF-in vəsaitlərin 70,8 %-i dollarda, 19 %-i avroda, 4,7 %-i ingilis funt-sterlinqində, 5,5%-i isə digər xarici valyutalarda olub.

Bundan başqa, rəydə bildirilir ki, gələn il ARDNF-in investisiya portfelində borc öhdəlikləri və pul bazarları alətlərinin payı minimum 50%, səhmlərin payı maksİmum 25%, daşınmaz əmlakın payı maksumum 10%, qızılın payı isə maksumum 15% təşkil edəcək. Bu il sentyabrın sonuna sözügedən nisbətlər müvafiq olaraq 62,9%, 18,7 %, 6,4 % və 12 % təşkil edib.

44 filmi