“Aqrarkredit” BOKT-un xalis mənfəəti 10 % azalıb
- 30 may, 2023
- 06:43
Yeniliklərdən dərhal xəbərdar olun!
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,075 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,7 % azdır.
Ötən il “Aqrarkredit”in vergiyəqədərki mənfəəti 1,462 milyon manat (əvvəlki ilə nisbətən 0,2 % çox), mənfəət vergisi ödəmələri isə 387 min manat (44,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrarkredit”in aktivləri 12 008,197 milyon manat olub ki, bu da illik müqayisədə 0,8 % azdır. Bunun 114,33 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 36,2 % böyüyüb.
Hesabat dövründə “Aqrarkredit”in öhdəlikləri 1 % azalaraq 11 959,209 milyon manata düşüb, balans kapitalı isə 92,6 % artaraq 48,987 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 45,339 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. BOKT 100% dövlətə məxsusdur.