“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xalis mənfəəti kəskin azalıb

Maliyyə
  • 20 aprel, 2023
  • 07:48
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xalis mənfəəti kəskin azalıb

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2022-ci ili 170 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 65,8 % və yaxud 2,9 dəfə azdır.

Ötən il “Aqrar Sığorta"nın gəlirləri 17,504 milyon manat (əvvəlki ilə nisbətən 14,6 dəfə çox), xərcləri 17,288 milyon manat (27,5 dəfə çox), mənfəəət vergisi ödəmələri isə 45 min manat (38,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin aktivləri 14,364 milyon manat olub ki, bu da illik müqayisədə 17,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,6 % artaraq 11,982 milyon manata çatıb, balans kapitalı isə 4,9 % azalaraq 2,381 milyon manata düşüb.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

44 filmi