“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin Direktorlar Şurasının sədri dəyişib

Maliyyə
  • 15 mart, 2024
  • 09:13
“Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin Direktorlar Şurasının sədri dəyişib

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

"Report" xəbər verir ki, bu, İlkin Zeynalovdur.

O, indiyə qədər şirkətin biznesin inkişafı şöbəsinin müdiri olub və sədr vəzifəsində Pərviz Səfərovu əvəzləyib. Keçmiş sədr isə bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 2020-ci ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3 % payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

44 filmi