Anar Kərimov: "Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb"

Maliyyə
  • 07 oktyabr, 2025
  • 15:37
Anar Kərimov: Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb
Anar Kərimov

Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard ABŞ dolları təşkil edir.

"Report" xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində keçirilən "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu təxminən 5 milyard ABŞ dolları səviyyəsindədir:

"Beləliklə, gördüyümüz kimi, valyuta ehtiyatlarımız borcdan 16 dəfə çoxdur", - deyə nazir müavini vurğulayıb.

A. Kərimov qeyd edib ki, Azərbaycanın maliyyə sabitliyi üç aparıcı beynəlxalq reytinq agentliyi - "Moody"s", "Fitch" və S&P tərəfindən tanınıb və ölkənin proqnozu "müsbət" və "sabit" səviyyələrə yüksəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti