AMFA BOKT-lar üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Maliyyə
  • 26 noyabr, 2024
  • 07:01
AMFA BOKT-lar üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib
Jalə Hacıyeva

Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün nizamnamə kapitalı tələbini 3 dəfədən çox artırması müsbət qərardır.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva AMB-nin qərarına münasibət bildirərkən deyib.

"Mikromaliyyə təşkilatları 25 ildir ki, fəaliyyət göstərirlər. Bu qərar sektorun davamlı və dayanıqlı inkişafına töhfə verəcək. BOKT-larin sayı azalsa belə, qərarın uzunmüddətli inkişaf strategiyasına malik olan kredit təşkilatlarının fəaliyyətinə mənfi təsiri olmayacaq", - deyə o qeyd edib.

44 filmi