AMB 3 yerli investisiya şirkətinə icrası məcburi göstəriş verib

Maliyyə
  • 25 avqust, 2025
  • 15:11
AMB 3 yerli investisiya şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Assist Finance İnvestisiya Şirkəti" və “İnno Kapital İnvestisiya Şirkəti” ASC-lər, eləcə də "Capital Partners İnvestisiya Şirkəti" QSC-yə icrası məcburi göstəriş verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, adı çəkilən maliyyə qurumları “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl etməyiblər. Odur ki, investisiya şirkətlərinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.