AMB sədri: "Fiziki şəxslərin manatla əmanətləri son iki il yarımda 89 % artıb"
- 29 oktyabr, 2026
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fiziki şəxslərin manatla əmanətləri son iki il yarımda 89 % artıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
"Səhbət faktiki olaraq, iki qat artımdan gedir. 2021-ci il ilə müqayisədə isə bu rəqəm iki dəfə böyüyüb. Əmanətçilərin sayı da iki dəfədən çox artıb. Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayının sonunda əmanətçilərin sayı 106 min təşkil edirdisə, hazırda bu rəqəm 227 minə yaxındır. Artıq bu göstəricini ayrıca təhlil etmirik. Bu, bizim üçün gözlənilməz deyil, sadəcə artım tempini monitorinq edirik. Cari il ərzində artım 20-22 % həddindədir. Xüsusən, artım 100 min manata qədər deyil, 30 min manata qədər depozitlər üzrə müşahidə edilir", - deyə o qeyd edib.