AMB Qiymətləndiricilər Palatası ilə bank risklərinin azaldılmasını müzakirə edib

Maliyyə
  • 21 noyabr, 2025
  • 12:41
AMB Qiymətləndiricilər Palatası ilə bank risklərinin azaldılmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qiymətləndiricilər Palatası arasında bank risklərinin azaldılması müzakirə edilib.

"Report"a AMB-yə istinadən xəbər verir ki, bu müzakirələr Mərkəzi Bankın sədr müavini Toğrul Əliyevin Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyini qəbulu zamanı baş tutub.

Görüş zamanı qiymətləndirmə fəaliyyətinin hüquqi və normativ çərçivəsinin təkmilləşdirilməsi, "Beynəlxalq Qiymətləndirmə Standartları 2025" üzrə standartların tətbiqi, ekoloji, sosial və idarəetmə faktorlarının girov və aktivlərin qiymətləndirilməsinə inteqrasiyası müzakirə olunub.

Bundan əlavə, elektron platformalar və analitik sistemlərin inkişafı, bank risklərinin azaldılması və qiymətləndirmə keyfiyyətinin yüksəldilməsi kimi məsələlər müzakirə mövzuları sırasında yer alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti