AMB-nin sədri: "Ortamüddətli dövr üçün makrofiskal çərçivə yeni strateji çağırışlara adekvat cavab verir"

Maliyyə
  • 19 noyabr, 2025
  • 14:38
AMB-nin sədri: Ortamüddətli dövr üçün makrofiskal çərçivə yeni strateji çağırışlara adekvat cavab verir
Taleh Kazımov

2026-cı il və ortamüddətli dövr üzrə təqdim edilən makrofiskal çərçivə yeni strateji çağırışlara adekvat cavab verir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

"2026-cı ilin büdcə layihəsinə gəldikdə, ümumilikdə AMB 2026-cı il və ortamüddətli dövrə təqdim edilən makrofiskal çərçivəni makroiqtisadi sabitlik, fiskal dayanıqlıq baxımından optimal və effektiv hesab edir. Xüsusilə vurğulamaq lazımdır ki, büdcə parametrləri fiskal qayda çərçivəsində hazırlanıb və büdcə xərcləri dayanıqlı prinsiplərə əsaslanır.

​Fiskal sferada aparılan islahatlar dövlət büdcəsinin sosial rifaha və iqtisadi aktivliyə təsirlərinin gücləndirilməsinə xidmət edir.

​Bununla yanaşı, 2026-cı il üzrə makrofiskal çərçivə ölkənin müdafiə qabiliyyətinin artırılmasını, azad olunmuş ərazilərdə bərpa və reinteqrasiya işlərinin davam etdirilməsini dəstəkləyir. 2026-cı ilin büdcə kəsiri inflyasiya yaratmır. Belə ki, bu kəsir daxili və xarici borc hesabına maliyyələşir. ​Fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsir etməyəcəyi gözlənilir. ​Ümumilikdə, 2026-cı ilin icmal və dövlət büdcələrini müsbət qiymətləndiririk", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti