AMB-nin sədri: "Strateji valyuta ehtiyatlarımız ölkəmizin maliyyə dayanıqlığını göstərir"

Maliyyə
  • 19 noyabr, 2025
  • 13:33
AMB-nin sədri: Strateji valyuta ehtiyatlarımız ölkəmizin maliyyə dayanıqlığını göstərir
Taleh Kazımov

Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimumda olmaqla ölkəmizin iqtisadi gücünü, maliyyə dayanıqlığını əks etdirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin 10 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansı 2,4 milyard ABŞ dollar müsbəti saldo səviyyəsində formalaşıb: "Xatırladıq ki, 2025-ci ilin 6 ay üzrə cari əməliyyat balansının profititi 2,3 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi daxili məhsulun 6,3 %-i deməkdir. AMB-nin oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profitsiti 2025-ci ilin sonunda 3,7 milyard ABŞ dolları səviyyəsində formalaşacaq. Qeyd olunanlar makro iqtisadi sabitliyin dayanıqlığını gücləndirilməsinə və strategi valyuta ehtiyatlarının artmasına imkan verib.

Ölkənin strategi valyuta ehtiyatları cari ilin 10 ayı ərzində 16,2 % artıb və dövrün sonda 82,5 milyard ABŞ dolları təşkil edib. AMB-nin valyuta ehtiyatları oktyabr ayının sonda 11,4 milyard ABŞ dolları olub ki, bu da son 3 il üzrə 45,7 % artım deməkdir. Hazırda ölkənin strategi valuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir. Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də pul siyasəti monetar şərait vasitəsilə inflasiyanın hədəf daxilində saxlanılmasına yönəldirilib".

Son xəbərlər

Bütün Xəbər Lenti