AMB-nin not hərracında tələb təklifi 3 dəfə üstələyib
Maliyyə
- 13 sentyabr, 2017
- 13:15
Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 150 mln. manat həcmində, 28 gün tədavül müddəti olan diskontlu notlarının (50100161S) yerləşdirilməsi üzrə hərrac keçirilib. “Report” bu barədə Birjaya istinadən xəbər verir.
Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,2278 manat (10,01%) olan 25 sifariş təqdim edilib.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,2278 manat (10,01%), orta ölçülmüş qiyməti 99,2278 manat (10.01%) müəyyən edilib. Sifarşlərin nominal qiymətlə ümumi məbləği 480 710 600 manat, yerləşdirilmiş həcmi isə 150 mln. manat təşkil edib. Beləliklə, hərracda tələb təklif 3,2 dəfə üstələyib.
Notların ödəmə tarixi 11 oktyabr 2017-ci ildir.
Son xəbərlər
00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11
Hörmüz boğazında yük gəmisi zərbəyə məruz qalıb, ölən var
Digər ölkələr23:54
Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Xarici siyasət23:50
Marko Rubio: ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur
Digər ölkələr23:33
Kats Suriyaya xəbərdarlıq edib: Əbədi olaraq İsrailin nəzarətində qalacaq
Digər ölkələr23:21
ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir
Digər ölkələr23:01