AMB: "Kommersiya bankları üçün nağd pul sahəsində yeni hüquqi normativlər hazırlanır"
- 20 fevral, 2023
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün nağd pul sahəsində yeni hüquqi normativlər hazırlayır.
"Report" xəbər verir ki, bunu Mərkəzi Bankın nağ pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov "Nağd pul dövriyyəsinin təşkili-2023 seminarı"nda deyib.
A.Dadaşov qeyd edib ki, kommersiya bankları nağd pul əməliyyatlarında yeni proqram təminatı hazırlayır və tətbiq etməyə başlayır:
"Biz kommersiya banklarının biznes proseslərində mövcud normativlərə vaxtaşırı dəyişiklik edirik. Mərkəzi Bank banklara nağd pul əməliyyatlarının daxil olmasının kağız daşıyıcılardan əksər halda imtina edilməsi və elektron formada həyata keçirilməsinə icazə verib. Hazırda bu prosed davam edir. Azərbaycan Banklar Assosiasiyası tərəfindən bankların rəy və təklifləri bizə təqdim edilir. Kredit təşkilatlatında kassa əməliyyatlarının aparılması, pul və digər qiymətlilərin saxlanılması və inkasasiyası qaydalarına dəyişikliklər ediləcək. Məqsəd biznes proseslərində baş verən dəyişiklikləri əhatə etməkdir".
Onun sözlərinə görə, kağız daşıyıcılardan imtinaya nail olunub: "Yalnız məhdud sayda əməliyyatlarda kağız daşıyıcılardan istifadə olunur".