AMB ekspertlərlə bankçılığın aktual məsələlərini müzakirə edib

Maliyyə
  • 23 oktyabr, 2025
  • 15:16
AMB ekspertlərlə bankçılığın aktual məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ekspertlərlə keçirilən növbəti görüşdə bankçılığın aktual məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər həmçinin pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparıb.

Baş bankir ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafının ictimai rəyin düzgün formalaşmasına, bununla da Mərkəzi Bankın qərarlarının əhaliyə və tərəfdaşlara daha dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti