AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını açıqlayıb
- 04 fevral, 2026
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisitinin 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Ötən ilin 9 ayının nəticələrinə əsasən, CƏB-in profisiti ümumi daxili məhsulun 5,4 %-ni təşkil edib, məbləğ olaraq 3 milyard ABŞ dolları olub. CƏB üzrə proqnozumuz 2026-cı il üçün 2,8-3 milyard ABŞ dolları, 2027-ci il üçün isə 2,7-2,8 milyard ABŞ dollarıdır", - deyə o qeyd edib.
T. Kazımov vurğulayıb ki, illik gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 663 milyon ABŞ dolları təşkil edib: "Lakin daha dəqiq təhlillər üçün biz həmin göstəricidən qızıl idxalını istisna edirik. Bunu etdikdə, xarici ticarət balansının profisiti 6,9 milyard ABŞ dolları formalaşıb".