AMB ADIF-ə kredit qoyuluşunu 2 % azaldıb

Maliyyə
  • 22 may, 2024
  • 06:59
AMB ADIF-ə kredit qoyuluşunu 2 % azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 216,419 milyon manat olub.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,4 % azdır.