"Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi keçirilib

Komanda
  • 05 sentyabr, 2026
  • 18:19
Levent Bulut Fight Night – Nakhchivan turnirinin çəkiölçmə mərasimi keçirilib

Bu gün Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində (Naxçıvan OİK) "Levent Bulut Fight Night – Nakhchivan" turnirinin çəkiölçmə mərasimi təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, idmansevərlərin maraqla gözlədiyi mərasim çərçivəsində döyüşçülər yarış öncəsi "Face to face" görüşlərində üz-üzə gəliblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, "Levent Bulut – Naxçıvan" Döyüş Klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə 17 klubdan 144 idmançı iştirak edəcək. Yarışın döyüşləri sentyabrın 6-da Naxçıvan OİK-də keçiriləcək.

Turnirdə Azərbaycan və Türkiyənin müxtəlif klubları təmsil olunacaqlar. Uşaqları, yeniyetmələri, gəncləri və böyükləri əhatə edən turnirdə həm kişi, həm də qadın kateqoriyalarında döyüşlər keçiriləcək. Görüşlərin sonunda fərqlənən idmançılar mükafatlandırılacaqlar.