AMB 9 ayda yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb

Maliyyə
  • 13 noyabr, 2026
  • 17:24
AMB 9 ayda yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında yerli banklar daimi imkan alətləri üzrə əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) sterilizasiya yönümlü alətlərindən istifadə edib.

"Report" xəbər verir ki, bu barədə AMB-nin 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, 9 ayda 1 gecəlik depozit daimi imkan alətindən istifadə bütün iş günlərində müşahidə edildiyi halda, 1 gecəlik əks-repo daimi imkan alətinə müraciət iş günlərinin yalnız 2 %-də qeydə alınıb.

Hesabat dövründə AMB izafi likvidliyi effektiv idarə etmək, avtonom amillərin monetar şəraitə təsirini neytrallaşdırmaq və AZIR indeksinin uçot dərəcəsinə yaxın trayektoriyada formalaşmasını dəstəkləmək məqsədilə, 7 günlük depozit əməliyyatlarından aktiv şəkildə istifadə edib, 62 depozit hərracı keçirib. Bu hərraclar üzrə orta əməliyyat məbləği 2 milyard 42 milyon manat təşkil edib.

44 filmi