AMB: 2018-ci ilin sonuna tədiyə balansı profisitli qalacaq

Maliyyə
  • 01 avqust, 2018
  • 10:44
AMB: 2018-ci ilin sonuna tədiyə balansı profisitli qalacaq
Elman Rüstəmov

Bakı. 1 avqust. REPORT.AZ/ Son proqnozlar göstərir ki, 2018-ci ilin sonuna tədiyə balansı profisitli qalacaq.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.

“Neftin qiyməti 70 ABŞ dollarından yüksək formalaşıb və ilin sonuna onun dinamikası müsbət proqnozlaşdırılır. Qısa və ortamüddətli dövrə isə tədiyə balansı üçün təhdid başlıca olaraq idxalın yüksək templə genişlənməsi, kapital və maliyyənin hərəkəti hesabının defisitinin artmasıdır.”

O bildirib ki, qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və dünya bazarında əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşması ilə müşaiyət olunur. 

"2018-ci ilin birinci yarısında ticarət balansının müsbət saldosu 2,2 dəfə, ixrac 64%, qeyri-neft ixracı 14% artıb. Ticarət balansı ilə yanaşı xidmət ixracı və pul baratları daxilolmaları da pozitiv dinamikanı qoruyur. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib",- sədr bildirib.

44 - Tezliklə